SON XƏBƏRLƏR

Daha bir ölkə Rus Evini bağlayır

2025.02.07, 11:57
Daha bir ölkə Rus Evini bağlayır

Fransa Parisdəki Rus Evinin fəaliyyətini dayandırmaq üçün addımlar atır.

Gunaz.tv

GünazTV Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov deyib.

Onun sözlərinə görə, təşkilatın hesabları dondurulub:

“İndi Rus Evinin hesablarını dondurmaqla işini tamamilə dayandrımağa cəhdlər edilir. Rus Evinin burada ikitərəfli razılaşma əsasında qanuni fəaliyyət göstərdiyini nəzərə alsaq, bu məsələyə dair Fransa ilə kompleks danışıqlar aparılır”.

“Rus evi” Rusiyanın dövlət qurumu olan “Rossotrudniçestvo”nun nəzdində fəaliyyət göstərir. ​​​​​Moskva iddia edir ki, onun bağlanması ikitərəfli razılaşmaları pozur.

Qeyd edək ki, Azərbaycan tərəfi “Rossotrudniçestvo” agentliyinin Azərbaycan Respublikası ərazisində fəaliyyətinə xitam verilməsi barədə diplomatik kanallar vasitəsilə Rusiya tərəfinə rəsmi bildiriş göndərib.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar