SON XƏBƏRLƏR

Sistan və Bəlucistanda mülki şəxslərə silahlı hücum - Ölənlər var

2025.02.08, 10:36
Sistan və Bəlucistanda mülki şəxslərə silahlı hücum - Ölənlər var

İranın Sistan və Bəlucistan əyalətinin Nikşəhr şəhərində mülki vətəndaşlara silahlı hücum olub.

Gunaz.tv

Bu barədə Bəluç Fəallarının Kampaniyası məlumat yayıb.

Məlumata görə, dünən gecə saatlarında "Keşavərz" prospektində baş verən hücum nəticəsində 4 nəfər həlak olub.

Silahlı hücumçuların kimliyi  və hadisənin səbəbləri hələlik məlum deyil.

Hadisə zamanı biri 3, biri 10 yaşlı olmaqla iki uşaq da həyatını itirib.

Silahlı hücumçuların hadisə yerindən qaçdıqları bildirilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar