SON XƏBƏRLƏR

İsrail Netzarim dəhlizindən geri çəkilir

2025.02.10, 12:17
İsrail Netzarim dəhlizindən geri çəkilir

İsrail ordusu HƏMAS ilə atəşkəs razılaşmasına uyğun olaraq Qəzza zolağının şimal-cənubundakı Netzarim dəhlizindən geri çəkilir.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, bölgəyə gələn fələstinlilər dağıntıları görəndə göz yaşlarını saxlaya bilməyiblər.

Bölgədəki dağıntıların video-görüntüləri yayılıb.

İsrail ordusu 2023-cü ilin noyabrında Qəzzanın dəniz sahillərinə nəzarəti tam ələ almışdı. Təxminən il yarım davam edən işğalı zamanı İsrail ordusu şimal-cənub xətti boyunca Qəzzanı ikiyə bölən dəhlizdə 600-ə yaxın tikilini yerlə bir edib. Netzarim dəhlizi şərti olaraq "ölüm dəhlizi" də adlandırılır.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar