SON XƏBƏRLƏR

Pezeşkian: Tramp İrana qarşı oyun qurur

2025.02.10, 14:23
Pezeşkian: Tramp İrana qarşı oyun qurur

Amerika lideri Donald Tramp İranla danışıqlara başlamaq istəyindən danışır, lakin eyni zamanda ona qarşı yeni oyunlar qurur.

Gunaz.tv

Günaz TV TASS xəbər agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

"Tramp daim İranla danışıqlar aparmağa hazır olduğunu deyir. Eyni zamanda o, anti-İran yönümlü yeni fərmanlar imzalayır. Amerika İranı diz çökdürmək barədə yalnız xəyal qura bilər", - o, İslam inqilabının 46-cı ildönümünə həsr olunmuş təntənəli mərasimdə bildirib.

Qeyd edək ki, İran rəsmiləri Donald Trampın vəzifəsinin icrasına başladığı ilk günlərdə Amerika ilə danışıqlara hazır olduqlarını bildirsələr də, bir neçə gün önc İran rəhbəri Əli Xameneinin Amerika ilə danışıqları "şərəfsizlik" hesab etməsindən sonra rəsmilərin Amerika ilə danışıqlarla bağlı mövqeləri dəyişməyə başlayıb.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar