SON XƏBƏRLƏR

Sünni din xadimi həbs edilib

2025.02.11, 11:56
Sünni din xadimi həbs edilib

Süni məzhəbli bəlucların kompakt yaşadığı Sistan və Bəluçistan əyalətinin Çahəli bölgəsinin sünni cümə imamı və din xadimi Əbdülbəsiz Şahuzehi həbs edilib.

Gunaz.tv

Bu barədə yerli insan haqları fəalları məluamt yayıb.

Məlumata görə, 50 yaşlı cümə imamı İranşəhr şəhərinin məhkəməsinə çağırıldıqdan sonra saxlanılıb.

Onun həbs səbəbi və harada saxlanıldığı barədə məlumat verilməyib.

Qeyd edək ki, yanvar ayında 53, fevralın 9-da isə 10 bəluc saxlanılaraq naməlum yerlərə aparılıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar