SON XƏBƏRLƏR

Suriya qoşunları Livan sərhədində Hizbullahla toqquşdu

2025.02.11, 12:01
Suriya qoşunları Livan sərhədində Hizbullahla toqquşdu

Suriya ordusu Hizbullahla toqquşmadan sonra Lübnan sərhədinə nəzarəti ələ keçirib.

Gunaz.tv

GünazTV Anadolu Agentliyinə istinadən xəbər verir ki, Suriya Müdafiə Nazirliyinə bağlı sərhəd təhlükəsizlik qüvvələri Homs vilayətində genişmiqyaslı hərbi əməliyyat keçirib və Suriya-Lübnan sərhədində təhlükəsizliyi təmin edib.

Homs vilayətində yerləşən Qusayr rayonunda keçirilən əməliyyat narkotik və silah qaçaqmalçılığı ilə mübarizə əməliyyatının bir hissəsidir. Eyni zamanda əməliyyat Hizbullah yaraqlılarının qalıqlarını təmizləmək üçün həyata keçirilib.

Günlərlə davam edən əməliyyat zamanı bölgədə ağır və orta silahlarla şiddətli toqquşmalar baş verib.

Toqquşmalar nəticəsində Suriya qüvvələri bir çox strateji nöqtələri ələ keçirib və Suriya-Lübnan sərhədində təhlükəsizlik nəzarətini artırıb.

Hərbi əməliyyatlar komandiri Yusuf Xalid Anadolu Agentliyinə sərhəd təhlükəsizliyinin təmin edildiyini ifadə edərək bildirib ki, "Bu əraziyə nəzarəti ələ keçirdik. Əməliyyat zamanı qeyri-qanuni məhsullar və silahlar ələ keçirildi. İki Hizbullah üzvü əsir götürüldü, bir neçəsi isə zərərsizləşdirildi. Qarşıdurma altı gündür davam etdi".

Qeyd edək ki, Suriyanın əvvəlki rejimi "Hizbullah" ilə birlikdə Lübnan sərhədini "narkotrafik dəhlizinə" çevirib.

 

 

Şahin Elxanoğlu

 

2025%2F02%2Fsuriye10-2.jpg

 

2025%2F02%2Fsuriye10-3.jpg

 

2025%2F02%2Fsuriye10-4.jpg

 

Suriye Ordusu, Lübnan sınırında Hizbullah’la çatışmaların ardından kontrolü ele aldı

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar