SON XƏBƏRLƏR

Paşinyan və Makron Bakı-İrəvan danışıqlarını müzakirə ediblər

2025.02.11, 12:30
Paşinyan və Makron Bakı-İrəvan danışıqlarını müzakirə ediblər

Ermənistan baş naziri Nikol Paşinyanın Fransaya işgüzar səfəri çərçivəsində Emmanuel Makron ilə görüşdü.

Gunaz.tv

Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyan Parisdə keçirilən görüş zamanı Ermənistan-Azərbaycan danışıqlar prosesini və iki ölkə arasında münasibətləri müzakirə ediblər.

GünazTV Musavat.com-a istinadən xəbər verir ki, Paşinyanın mətbuat xidmətinin yaydığı məlumata görə, Ermənistan tərəfi sülh prosesinə və regionda nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasına sadiq olduğunu bir daha vurğulayıb.

Görüş zamanı ikitərəfli münasibətlər kontekstində enerji, yol tikintisi, təhsil, turizm və infrastrukturun modernləşdirilməsi sahələrində əməkdaşlıq müzakirə edilib.

Qeyd edək ki, Paşinyan Fransaya işgüzar səfəri çərçivəsində Süni İntellekt Zirvəsində iştirak edəcək. 

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar