SON XƏBƏRLƏR

İranda dərman qıtlığına görə xəbərdarlıq edildi

2025.02.11, 16:26
İranda dərman qıtlığına görə xəbərdarlıq edildi

Ölkədəki apteklər ciddi maliyyə problemi ilə üzləşib və borcların ödənilməməsi bir çox apteklərin xəstələrin ehtiyac duyduğu dərmanları təmin edə bilməməsinə səbəb olub.

Gunaz.tv

Bu barədə İran Əczaçılar Assosiasyasının Ali Milli Təhlükəsizlik Şurasının katibinə ünvanladığı məktubunda xəbərdarlıq edilib.

Əczaçılar Assosiasiyasının yazdığına görə, bu vəziyyət dərman tədarük zəncirini pozub və səhiyyə sektorunda ciddi böhrana səbəb olub.

Məktubda Sosial Müdafiə Təşkilatının apteklərin alacaqlarının cəmi 8,8%-ni ödədiyi və buna görə də, apteklərin zərərlə işlədiyi vurğulanıb.

Bununla yanaşı bildirilir ki, vəziyyət belə davam edərsə, bir çox apteklər bağlanmaq məcburiyyətində qalacaq və xəstələr əsas dərman vasitələrini əldə edə bilməyəcəklər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar