SON XƏBƏRLƏR

İran təşviş keçirir - BMT-yə şikayət məktubu yazdı

2025.02.12, 12:46
İran təşviş keçirir - BMT-yə şikayət məktubu yazdı

İran Amerika prezidenti Donald Trampın nüvə razılaşması ilə bağlı açıqlamalarını "ehtiyatsız və təxribatçı" adlandırıb, buna görə BMT-ə etiraz edib və "hər hansı bir təcavüz aktının ağır nəticələrinin olacağı" barədə xəbərdarlı edib.

Gunaz.tv

Bu barədə İranın BMT-dəki nümayəndəsi Əmir Səid İrəvaninin BMT-nin baş katibi və Təhlükəsizlik Şurasının sədrinə yazdığı məktubunda qeyd olunub.

"Bu ehtiyatsız və təxribatçı bəyanatlar beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin açıq şəkildə pozulmasıdır. İran İslam Respublikası xəbərdarlıq edir ki, istənilən təcavüz aktı ABŞ-ın tam məsuliyyət daşıyacağı ağır nəticələrə səbəb olacaq. İran öz suverenliyini, ərazi bütövlüyünü və milli maraqlarını istənilən düşmən hərəkətinə qarşı qətiyyətlə müdafiə edəcək",- İrəvani yazıb.

İranın BMT-dəki səfiri məktubunda Təhlükəsizlik Şurasından Donald Trampın “açıq ritorikasını” və onun “gücdən istifadə” ilə bağlı “hədəsini” pisləməyiistəyib.

İran nüvə silahı əldə etməyə cəhd ittihamını rədd etsə də, Beynəlxalq Enerji Agentliyinin rəhbəri deyir ki, İran uranın zənginləşdirilməsini kəskin surətdə 60 faizə çatdırıb, bu da nüvə silahı istehsalı üçün lazım olan təxminən 90 faiz səviyyəsinə yaxındır.

Qeyd edək ki, Keçən həftə Tramp İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün onun neft ixracını sıfıra endirməyi nəzərdə tutan fərman imzalayaraq İrana qarşı “maksimum təzyiq” kampaniyasını bərpa edib. 

İranla razılığa gəlməyə və İran prezidenti Məsud Pezeşkianla görüşə ümid etdiyini bildirən Amerika prezidenti, bunun baş tutmayacağı təqdirdə İsrailin İranın nüvə təsisatına zərbə endirmək ehtimalına ieyham vurub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar