SON XƏBƏRLƏR

Putin Əhməd əl-Şaraya zəng vurdu – DETALLAR

2025.02.13, 11:41
Putin Əhməd əl-Şaraya zəng vurdu – DETALLAR

Rusiya prezidenti Vladimir Putin Suriya Ərəb Respublikasının müvəqqəti prezidenti Əhməd əl-Şaraya zəng vurub.

Gunaz.tv

GünazTV Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı zamanı "Suriyadakı mövcud vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb”: “Rusiya tərəfi Suriya dövlətinin birliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəkləməkdə öz prinsipial mövqeyini vurğulayıb. Bu baxımdan, ölkədə davamlı normallaşma, ölkə əhalisinin və aparıcı etnik siyasi qüvvələrin iştirakı ilə Suriyadaxili dialoqun intensivləşdirilməsinin vacibliyi vurğulanıb. Vladimir Putin Rusiyanın Suriyada sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasına, o cümlədən sakinlərinə humanitar yardım göstərməyə davam etməyə hazır olduğunu bildirib”.

Mətbuat xidməti xəbər verir ki, “xüsusən də Rusiya idarələrarası nümayəndə heyətinin Dəməşqdə bu yaxınlarda apardığı danışıqlar nəzərə alınmaqla, ticarət-iqtisadi, təhsil və digər sahələrdə praktiki əməkdaşlığın bir sıra cari məsələlərinə toxunulub”: “İkitərəfli əməkdaşlığın inkişafı üçün geniş gündəliyin hazırlanması üçün bu tip faydalı təmasların davam etdirilməsi razılaşdırılıb”.

Putin Şaaraya “Rusiyanın tarixən dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurduğu Suriya xalqının rifahı naminə ölkənin yeni rəhbərliyinin qarşısında duran problemlərin həllində uğurlar arzulayıb”: “Liderlərin telefon danışığı konstruktiv, işgüzar və mənalı olub”.

Qeyd edək ki, Əş-Şəraa ofisi də danışıqlardan sonra məlumat yaydı. 

“Telefon danışığı zamanı Prezident Əhməd əş-Şəraa iki ölkə arasında güclü strateji əlaqələrin olduğunu və Suriyanın Suriya xalqının maraqlarına cavab verdiyi və həmçinin təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcəyi təqdirdə əməkdaşlığa açıq olduğunu vurğulayıb”, - məlumatda bildirilir.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar