GUNAZ.TV
GÜNEY AZƏRBAYCANIN AZADLIQ SƏSİ
İran XİN başçısı İrəvana səfər edib
Urmulu milli fəallar həbs edildi
İran və Ermənistan əlaqələrin inkişafı üçün əzm nümayiş etdirir- Sübhani
İraq naziri: Amerika tərəfindən saxlanılan İran tankerləri saxta sənədlərlə hərəkət edib
Etnik problem təhlükəlidir- İranlı nazir
Qrenlandiyanın Baş naziri Tramp administrasiyası üzvlərinin adaya səfərinə qarşı çıxır
İsraldə İrana casusluq edən daa bir nəfər saxlanıldı
Ər-Riyadda Rusiya-Amerika danışıqları başlayıb
KİV: Amerikanın hava zərbəsi nəticəsində husilərin yüksək rütbəli şəxsi ölüb
SEPAH Urmuda repressiyalara hazırlaşır
Suriyanın iki şəhərində silah dolu quyu və anbar aşkar edilib
Rusiya bu ölkəyə hücuma hazırlaşır
İsrailin HƏMAS-a təqdim etdiyi yeni planda nələr var?
Tehranın Şəhriyar Vətəndaşlıq Qeydiyyatı İdarəsi "Arka" adına doğum haqqında şəhadətnamə verilməsinin qarşısını alıb
Hakan Fidan Vaşinqtona gedir - Rubio ilə görüşəcək
Bu gün Ərdoğan Nazirlər Kabinetini toplayacaq
Amerikalı analitik: Urmudakı Boz Qurd işarəsi İran türkləri arasında böyük bir hərəkatın əlamətidir
Braziliya prezidenti may ayında Rusiyaya səfər edəcək
Xersonda Rusiya ordusunun bölüyü məhv edildi
İrandan Husilərə çağırış
İsrail HƏMAS-ın Siyasi Büro üzvünün öldürüldüyünü təsdiqlədi
Energetika nazirinin elektrik böhranına həll yolu: İnsanlar özlərini sərmayə qoysunlar!
Polşa Belarusla sərhədə əlavə sərhədçilər cəlb edəcək
Husilər Təl-Əvivdəki Ben-Qurion aeroportuna hücum ediblər
Ukrayna Estoniyadan hərbi məhsullar istəyib
Netanyahu və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Rusiya və Amerika nümayəndə heyətlərinin Ər-Riyaddakı növbəti görüşünün saatı məlum olub
İran nüvə proqramından tam imtina etməlidir - Valtz
Amerika Yəmənin paytaxtında husilərin silah anbarlarına zərbələr endirib
İrandan Azərbaycana PUA ilə narkotik keçirməyə cəhd edilib, 2 nəfər tutulub
Ukrayna Rusiyanın Belqorod vilayətinin kəndini ələ keçirib
Uolts: Tərəflər Ukraynada həllə yaxındırlar
Zelenski: Ukraynanın hava hücumundan müdafiəsi gücləndirilməlidir
Amerika İrana qarşı hərbi əməliyyata başlaya bilər
Amerika İrandan enerji idxalına icazə vermədi
Abbas Araqçı Ermənistana gedir
Kürd nümayəndə türklərə qarşı çağırış etdi
Qəzvinli müəllimə həbs cəzası verildi
Urmiyada antiterror aksiyasına qatılan azərbaycanlı cütlük həbs edilib
İranın regionda xalqlar arasında parçalama və düşmənçilik yaratma siyasəti
Urmiyəda keçirilən antiterror nümayişlərində türk qadınları fəal iştirak edirlər
Trampın nümayəndəsi Amerikanın Azərbaycan-Ermənistan dialoqunda iştirakına eyham vurub
İran təhlükəsizlik qüvvələri Urmuda antiterror nümayişlərini yatırmağa çalışır
Fevralın 13-də Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib.
GünazTV Modern.az-a istinadən xəbər verir ki, Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün vəkillər ilə təmin olunub.
Məhkəmə iclasında zərərçəkmiş şəxslər, onların hüquqi varisləri və nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, habelə Azərbaycan dövləti adından zərərçəkmişin nümayəndəsi qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak ediblər.
İclasın əvvəlində Ruben Vardanyan və onun hüquqlarını müdafiə edən vəkil Avraam Berman konfidensial görüş üçün şərait yaradılmasını məhkəmədən xahiş edib. Məhkəmə vəsatəti təmin edib və konfidensial görüş üçün fasilə elan olunub.
Fasilədən sonra Ruben Vardanyan ona dövlət tərəfindən təyin olunan müdafiəçi Azər Məhərrəmovdan imtina etdiyini və hüquqlarının müdafiəsinin müqavilə üzrə vəkili Avraam Berman tərəfindən davam etdiriləcəyini bildirib. İttiham tərəfi və zərərçəkmiş şəxsin nümayəndəsi vəsatətə etiraz etməyib. Məhkəmə yerində müşavirə edərək vəsatəti təmin edib.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli Ermənistan tərəfindən aparılan təcavüzkar müharibənin gedişində iştirak edən cinayətkar təşkilat tərəfindən Azərbaycan Ordusunun müdafiə arsenalına, Azərbaycanın ekologiyasına və təbiətə vurulmuş ziyanı, habelə öldürülmüş və öldürülməsinə cəhd göstərilmiş mülki şəxs və hərbi qulluqçuların sayını elan edib.
Bildirilib ki, 1980-ci illərin sonlarından 2023-cü il sentyabrın 20-dək Azərbaycanın işğal olunmuş ərazilərində ağacları, kolları və digər yaşıllıqları məhv etməklə, su mənbələrini, su hövzələrini və su anbarlarını çirkləndirməklə, eləcə də kənd təsərrüfatı təyinatlı torpaqları dağıtmaqla Azərbaycan Respublikasının ekologiyasına və təbiətə ümumilikdə 13,4 milyard manatdan artıq məbləğdə maddi ziyan vurulub.
1988-2024-cü illər ərzində ümumilikdə 3053 nəfəri mülki, 15 min 298 nəfəri hərbi qulluqçu, 17 min 607 nəfəri kişi, 744 nəfəri qadın, onlardan 401 nəfəri uşaq olmaqla, cəmi 18 min 351 şəxs qəsdən öldürülüb, ümumilikdə 3710 nəfəri mülki, 51 min 467 nəfəri hərbi qulluqçu, 54 min 103 nəfəri kişi, 1074 nəfəri qadın, onlardan 457 nəfəri uşaq olmaqla, cəmi 55 min 177 şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.
Azərbaycan Respublikasına qarşı aparılmış təcavüzkar müharibə dövründə Azərbaycan Ordusunun müdafiə arsenalına 908 milyon manatdan artıq məbləğdə qəsdən maddi ziyan vurulmaqla hərbi əmlakları məhv edilib, yararsız hala salınıb və ələ keçirilib.
Daha sonra Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov təqsirləndirilən şəxs Ruben Vardanyana irəli sürülmüş konkret ittihamları elan edib.
O cümlədən bildirilib ki, ittiham aktına əsasən Ruben Vardanyan 2022-ci ilin sentyabrında Azərbaycan Respublikasının dövlət sərhədini dövlətin nəzarət-buraxılış məntəqələrindən kənar Ermənistan Respublikasının ərazisindən Laçın rayonu istiqamətində qanunsuz keçərək Azərbaycan ərazisinə daxil olub, Azərbaycanın Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə məskunlaşıb.
O, özünə və müxtəlif xarici ölkələrin vətəndaşlarına aid pul vəsaitlərini həmtəsisçisi olduğu “humanitar məqsədli” pərdəsi altında fəaliyyət göstərən “Avrora” fondu, “Biz - dağlarımızıq” təşkilatı və sair yardım aksiyaları adı altında toplayaraq həmin vəsaitlər hesabına Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları maddi cəhətdən təmin, əsgəri ləvazimatla təchiz edib, hərbi silah və texnikanı qanunsuz əldə edərək Azərbaycana qanunsuz gətirməklə əvvəlcədən xüsusi təşkil etdiyi hərbi anbarlarda saxlayıb.
Bundan başqa, Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan “yerli özünümüdafiə dəstələri” adlandırdığı, habelə əsasən peşəkar hərbçilərdən ibarət digər silahlı dəstə və qrupların üzvlərinə aylıq muzd ayıraraq verib. Həmçinin “VoMa” adlı terror təşkilatının yaradıcısı Vartanov Vladimir (Vova) Levanoviçlə sövdələşərək həmin təşkilatın təlimatçıları tərəfindən Azərbaycan vətəndaşlarına qarşı terrorçuluq əməllərinin törədilməsi məqsədilə təlimlərin keçirilməsinin təşkil edilməsi üçün pul vəsaitlərini verib.
Habelə Azərbaycanın işğal altında olan suveren ərazilərində mülki və hərbi obyektlərə qarşı istifadə edilməsi üçün idarəolunan zenit raketlərinin və komplekslərinin, hədəflərin aşkarlanması stansiyalarının, akkumulyator və radioötürücü blokların, digər qurğuların kütləvi istehsalının qurulması, bununla əlaqədar birgə müəssisənin yaradılması məqsədilə Rusiya Federasiyası ərazisində fəaliyyət göstərən “AKVA” şirkətinin məsul şəxsləri ilə danışıqlar aparmaqla sövdələşib. Həmçinin Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz silahlı birləşmələr tərəfindən istifadəsi nəzərdə tutulan helikopter tipli pilotsuz uçuş aparatlarının (PUA) alınması və onları istehsal edəcək zavodun inşa edilməsinə, habelə radioelektron mübarizə sisteminin alınaraq qanunsuz silahlı birləşmələrə çatdırılmasına dair danışıqlar apararaq müvafiq tapşırıqlar verib.
Eyni zamanda, Ruben Vardanyan şəxsən tərtib etdiyi fəaliyyət planında Azərbaycanın xarici ölkələrdə olan diplomatik korpusunun nümayəndələri, xidməti vəzifələrini və ictimai borcunu yerinə yetirən vətəndaşlarına qarşı terrorçuluq törədilməsi üçün “Nemezis-2” terror əməliyyatının başlanılması təşəbbüsünü irəli sürüb.
İttihamın elan olunmasını davam etdirən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev, həmçinin dövlət ittihamçıları Fuad Musayev, Vüsal Abdullayev və Təranə Məmmədova Ermənistan dövləti tərəfindən işğal edilmiş Azərbaycanın suveren ərazilərinin minalanması və bu yolla hərbi təcavüzün davam etdirilməsi faktlarını səsləndirib. Xüsusilə vurğulanıb ki, işğal olunmuş ərazilərdə basdırılan minaların bir hissəsi Ermənistanda istehsal olunub.
İttiham aktının həcminin böyük olması nəzərə alınaraq, elan edilməsinin növbəti prosesdə davam etdiriləcəyi bildirilib. Məhkəmənin növbəti iclası fevralın 17-nə təyin olunub.
Ş.E
Urmulu milli fəallar həbs edildi
İran və Ermənistan əlaqələrin inkişafı üçün əzm nümayiş etdirir- Sübhani
İraq naziri: Amerika tərəfindən saxlanılan İran tankerləri saxta sənədlərlə hərəkət edib
Etnik problem təhlükəlidir- İranlı nazir
İsraldə İrana casusluq edən daa bir nəfər saxlanıldı
SEPAH Urmuda repressiyalara hazırlaşır
Tehranın Şəhriyar Vətəndaşlıq Qeydiyyatı İdarəsi "Arka" adına doğum haqqında şəhadətnamə verilməsinin qarşısını alıb
Hakan Fidan Vaşinqtona gedir - Rubio ilə görüşəcək
Bu gün Ərdoğan Nazirlər Kabinetini toplayacaq
İsrail HƏMAS-ın Siyasi Büro üzvünün öldürüldüyünü təsdiqlədi
Energetika nazirinin elektrik böhranına həll yolu: İnsanlar özlərini sərmayə qoysunlar!
Netanyahu və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
İran nüvə proqramından tam imtina etməlidir - Valtz
İrandan Azərbaycana PUA ilə narkotik keçirməyə cəhd edilib, 2 nəfər tutulub
Uolts: Tərəflər Ukraynada həllə yaxındırlar
Amerika İrana qarşı hərbi əməliyyata başlaya bilər
Abbas Araqçı Ermənistana gedir
Kürd nümayəndə türklərə qarşı çağırış etdi
Qəzvinli müəllimə həbs cəzası verildi
Urmiyada antiterror aksiyasına qatılan azərbaycanlı cütlük həbs edilib
Amerika İranın hərbi gəmisini vurdu - İddia
Urmiyada antiterror aksiyasına qatılan azərbaycanlı cütlük həbs edilib
Urmu xalqının kürd terrorizmi və İranşəhri faşizminə qarşı kütləvi etirazı
Urmiyəda keçirilən antiterror nümayişlərində türk qadınları fəal iştirak edirlər
Kürd terror qruplaşmalarının tərəfdarlarının bu dəfə Urmiyənın “Dum Dum” qalasında təxribat xarakterli toplantı keçiriblər
Urmuda kürd millət vəkili türkcə "xoş gəldin"ə etiraz etdi
SEPAH xiyavlı sosial media fəalını həbs etdi
Ərdəbildə mədəni tədbir keçirildi
Girovdan ŞOK AÇIQLAMA: "HƏMAS verilən humanitar yardımları ələ keçirirdi"
Siyasi məhbuslar 38 həbsxanada aclıq eyləmi keçirdi
Pezeşkian və Paşinyan Azərbaycan-Ermənistan sülh sazişinə dair müzakirə aparıb
Təbrizli xanım fəal həbs edildi
Qaşqay türkləri Şirazda aksiya keçirdi - Qarşıdurma oldu
F-16-ların yeni partiyası Ukraynaya verilib
Əkbər Azad sürgün cəzasının icrası üçün məhkəmyə çağırıldı
İran valyutasından tarixi antirekord- 1 dollar 100 min tüməni keçdi
İran təhlükəsizlik qüvvələri Urmuda antiterror nümayişlərini yatırmağa çalışır
İranın regionda xalqlar arasında parçalama və düşmənçilik yaratma siyasəti