SON XƏBƏRLƏR

Azərbaycanlı məhbus barədə yenidən edama hökmü çıxarıldı

2025.02.14, 15:43
Azərbaycanlı məhbus barədə yenidən edama hökmü çıxarıldı

Hazırda Rəşt şəhərinin Lakan həbsxanasında saxlanılan siyasi məhbus və işçi hərəkatı fəalı Şərifə Məhəmmədi yenidən edam cəzasına məhkum edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

"Əvvəllər Ali Məhkəmə tərəfindən ləğv edilərək yenidən baxılması üçün paralel şöbəyə göndərilən cinayət işinə baxılaraq fevralın 12-də yenidən ölüm cəzası barədə qərar verib",- məlumatda bildirilib.

Şərife Məhəmmədinin işinə yenidən baxılması prosesi iki ay əvvəl Rəşt şəhərinin İnqilab Məhkəməsinin ikinci şöbəsində keçirilib.

Qeyd edək ki, 5 dekabr 2023-cü ildə həbs edilən Şərifə Məhəmmədi  "xaricdə hökumətə müxalif olan təşkilata üzv olmaq"da günahlandırılıb və edam cəzasına məhkum edilib.

Beynəlxalq insan haqları təşkilatlarının təzyiqləri nəticəsində İranın Ali Məhkəməsi oktyabr ayının ortalarında işçi hərəkatı fəalının edam hökmünü ləğv etmişdi.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar