SON XƏBƏRLƏR

Əَhvazda urmulu futbolçulara hücum edilib

2025.02.15, 10:19
Əَhvazda urmulu futbolçulara hücum edilib

Fevralın 14-də Xuzistan əyalətinin Əhvaz şəhərində keçirilən yarışda Güney Azərbaycanın futbol komandasının oyunçuları zorakılığa məruz qalıb.

Gunaz.tv

Bu barədə sosial media şəbəkəsində məlumat yayılıb.

Məlumata görə, Urmunun “Nəvəd Urmiya” və Xuzistanın “Folad Novin” futbol komandaları arasında keçirilən oyunda gərginlik yaşanıb.

İranın ikinci futbol liqası yarışları çərçivəsində keçirilən qarşılaşma zamanı komandalar arasındakı qarşılaşma bitdikdən sonra “Nəvəd Urmiya” oyunçuları və məşqçi heyəti digər komandanın azarkeşlərinin gözyaşardıcı qazla hücumuna məruz qalıblar.

Bununla yanaşı urmu kmandasının oyunçularına hücum edilib və yaralanan azərbaycanlı futbolçu xəstəxanaya köçürülüb.

Qeyd edək ki, qarşılaşma 1-0 hesabı ilə Əhvaz komandasının xeyrinə başa çatıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar