SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı Tramp-Putin görüşünə ev sahibliyi etməyə hazırdır

2025.02.15, 12:01
Səudiyyə Ərəbistanı Tramp-Putin görüşünə ev sahibliyi etməyə hazırdır

Səudiyyə Ərəbistanı Amerika Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında görüşə ev sahibliyi etməyə hazır olduğunu açıqlayıb.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyinin bəyanatında məlumat verilib.

Xəbərdə bildirilir ki, Krallıq Rusiya–Ukrayna müharibəsinin tezliklə başa çatmasında maraqlıdır. Sülh danışıqları üçün belə görüşün keçirilməsinin vacibliyi də bəyanatda vurğulanır.

Qeyd edək ki, Trampla Putin arasında görüş üçün mümkün məkan kimi Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini nəzərdən keçirilməsi barədə məlumatlar yayılıb.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar