SON XƏBƏRLƏR

Çin: Amerikaya cavab verməli olacağıq

2025.02.15, 13:25
Çin: Amerikaya cavab verməli olacağıq

Çinin baş diplomatı ölkəsinin Amerikanın gələcək hər hansı birtərəfli sanksiyalarına cavab verəcəyini bildirib və Amerika prezidenti Donald Trampın yeni ticarət münaqişəsinə başlamasını “zorbalıq” adlandırıb.

Gunaz.tv

"Amerika Çini sıxışdırmağa və nəzarət altına almağa meyllidirsə, o zaman bizim uyğun reaksiya verməkdən başqa seçimimiz yoxdur." - Xarici işlər naziri Vanq Yi cümə günü Münhen Təhlükəsizlik Konfransında deyib.

Qeyd edək ki, Trump administrasiyası Çinə 10% əlavə tariflər tətbiq edib. Pekin buna cavab olaraq bir neçə Amerika şirkətini hədəf alıb, bəzi Amerika mallarına rüsumlar tətbiq edib və bəzi kritik metallara ixrac nəzarətini gücləndirib.

Hazırda Çin rəsmiləri, iqtisadiyyatı sarsıda biləcək tədbirlər görməkdən yayınmaqla yanaşı Amerikanın hərəkətlərinə cavab verməyin uyğun yollarını axtarırlar.

Ancaq Çin ilə Amerika arasında ticarət mübarizəsinin hələ genişlənəcəyi gözlənilir. Çünki Donald Tramp hazırda Çinə 10% əlavə tarif tətbiq etsə də seçki kampaniyasında bunun 60% olacağını demişdi.

Vanq toplantıda çıxışı zamanı Ukraynaya qarşı müharibədə Kremlə təzyiq göstərmək üçün Çinin Rusiyadan qaz alışını dayandırıb- dayandırmayacağı sualını cavabsız qoyub.

"Çin Rusiyadan qaz almasa, hansı ölkə bizə Çin xalqının ehtiyaclarını ödəyəcək qədər qaz verə bilər? Bu, mümkün deyil", - deyə o bildirib."

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar