SON XƏBƏRLƏR

Şolts: Amerika Ukraynanı dəstəkləməyə davam edəcək

2025.02.15, 13:43
Şolts: Amerika Ukraynanı dəstəkləməyə davam edəcək

Amerika administrasiyası Ukraynanı dəstəkləməyə davam edəcək.

Gunaz.tv

GünazTV "Report"-a istinadən xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts Münxen Təhlükəsizlik Konfransı çərçivəsində bildirib.

"Amerika müdafiə nazirindən və bir çox başqalarından eşitdiyimiz odur ki, onlar Ukraynanı dəstəkləməyə davam edəcəklər. Bu, Rusiya üçün zəruri mesajdır ki, o, dəstəyin azalacağına ümid edə bilməz. Bizim dəstəyimizi alan güclü Ukrayna Rusiya üçün güclü mesajdır", - O.Şolts bildirib.

O vurğulayıb ki, NATO yeni üzvlər qəbul etməklə öz mövqelərini yalnız möhkəmləndirir.

Almaniya Kanslerinin sözlərinə görə, Amerika və Avropa İttifaqı arasında təhlükəsizlik sahəsində parçalanma yoxdur: “Biz həmişə bu prosesə cəlb olunmuşuq. Avropa ölkələrinə qarşı hər hansı təcavüz olarsa, Amerika mütləq təhlükəsizlik məsələsində dəstək göstərməyə cəlb olunacaq”.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar