SON XƏBƏRLƏR

İrandan Lübnana uçuşlar dayandırıldı

2025.02.17, 11:11
İrandan Lübnana uçuşlar dayandırıldı

Lübnan Tehrandan təhlükəsizlik səbəbi ilə ən azı fevralın 18-dək İran aviaşirkətinin Beyrut Beynəlxalq Hava Limanına uçuşlarını dayandırmasını istəyib.

Gunaz.tv

Bu barədə İranın Mülki Aviasiya Təşkilatının rəhbəri Hüseyn Pourfarzaneh məlumat verib.

Onun sözlərinə görə, hazırda Beyrut hava limanında vəziyyət mürəkkəb və gərgindir, lakin İran tərəfi buna nəzarət edir və fevralın 18-dək hər şeyin normallaşacağına ümid edir.

Fevralın 14-də “Hizbullah” şiə təşkilatının fəalları Lübnan hakimiyyətinin İranın “Mahan Air” aviaşirkətinin reyslərini qəbul etməməsi səbəbindən Beyrut Beynəlxalq Hava Limanına gedən magistral yolu bağlayıb. Ötən həftə nümayişçilər BMT sülhməramlı qüvvələrinin komandirinin müavinini müşayiət edən konvoya hücum edərək ciplərdən birini yandırıblar.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar