SON XƏBƏRLƏR

Lavrov və Putinin köməkçisi ABŞ-la danışıqlar üçün Səudiyyə Ərəbistanına gedir

2025.02.17, 14:33
Lavrov və Putinin köməkçisi ABŞ-la danışıqlar üçün Səudiyyə Ərəbistanına gedir

ABŞ-la danışıqlar aparacaq Rusiya nümayəndə heyəti Səudiyyə Ərəbistanına səfərə yola düşür.

Gunaz.tv

GünazTV APA-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, bu gün Rusiya Prezidenti Vladimir Putinin göstərişi ilə xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov Ər-Riyada uçurlar: "Çərşənbə axşamı Ər-Riyadda onlar amerikalı həmkarları ilə ilk növbədə Rusiya-Amerika münasibətlərinin bütün spektrinin bərpasına həsr olunacaq görüş keçirəcəklər. Bu görüş həmçinin Ukrayna nizamlanması üzrə mümkün danışıqların hazırlanmasına və iki prezident arasında görüşün təşkilinə həsr olunacaq”.

Kremlin sözçüsü Rusiyanın Ər-Riyadda keçiriləcək danışıqlarda Yaxın Şərqdəki vəziyyəti də müzakirə etməyə hazır olduqlarını vurğulayıb: “Əgər bu mövzuya hansısa formada toxunularsa, o zaman nümayəndələrimiz bu mövzunu da müzakirə etməyə hazır olacaqlar”.

Xatırladaq ki, ABŞ dövlət katibi Marko Rubio Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə Rusiya ilə danışıqlar aparmaq üçün artıq Səudiyyə Ərəbistanındadır.

"ABŞ-ın dövlət katibi Marko Rubio bazar ertəsi Moskvanın Kiyevlə təxminən üç ildir davam edən münaqişəsinə son qoymaq məqsədilə Rusiya rəsmiləri ilə gözlənilən danışıqlardan əvvəl Səudiyyə Ərəbistanına gəlib", - agentlik bildirib.

 

 

Ş.E

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar