SON XƏBƏRLƏR

Xoysqen Münhen Təhlükəsizlik Konfransını "kabus" adlandırdı

2025.02.17, 15:23
Xoysqen Münhen Təhlükəsizlik Konfransını "kabus" adlandırdı

Fevralın 14-də öz işinə başlayan Münhen Təhlükəsizlik Konfransının sədri Kriştof Xoysqen forumun bağlanışı zamanı ağlayıb.

Gunaz.tv

GünazTV “Qafqazinfo”-ya istinadən xəbər verir ki, buna səbəb forumun nəticəsinin olmamasıdır. O, keçirilən forumu “Avropa kabusu” adlandırıb.

Xoysqen yekun nitqində ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin çıxışına toxunaraq, Avropa liderlərinə, xüsusilə də Ukrayna Prezidenti Volodimir Zelenskiyə Avropanın ortaq dəyərləri haqqında danışdıqlarına görə təşəkkür edib: “Bu konfrans transatlantik konfrans kimi başladı və vitse-prezident Vensin çıxışından sonra biz ümumi dəyərlər bazamızın artıq ümumi olmadığından qorxuruq”.

Xatırladaq ki, fevralın 14-də Vens çıxışı zamanı Aİ-nin siyasətini tənqid edib. O, ABŞ-nin daha çox Rusiya və Çinin Avropaya təhlükəsindən deyil, Avropanın bəzi ən mühüm dəyərlərindən geri çəkilməsindən narahat olduğunu dilə gətirib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar