SON XƏBƏRLƏR

Rusiyanın Suriyadakı bazasına dron hücumu olub

2025.02.18, 11:18
Rusiyanın Suriyadakı bazasına dron hücumu olub

Suriyanın Latakiya vilayətində yerləşən Rusiya hərbi bazası Xmeymim naməlum dronlar tərəfindən hücuma məruz qalıb.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Mənbələr dron hücumunu "düşmən hücumu" kimi qiymətləndirildiyini bildirir. Təhdidə cavab olaraq “Pantsir” zenit-raket və silah sistemi atəş açıb. Səmada atışma və partlayış səsləri eşidilib.

Atışma təxminən bir saat davam edib, bundan sonra atəşin intensivliyi azalıb, lakin bir müddət döyüş hazırlığı saxlanılıb. Rəsmi olaraq, Rusiyanın hərbi bazasına pilotsuz uçuş aparatları ilə hücum edildiyi barədə məlumat hələ ki, təsdiqlənməyib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar