SON XƏBƏRLƏR

Peskov: Ukraynada nizamlanma Avropanın təhlükəsizliyini müzakirə etmədən mümkün deyil

2025.02.18, 14:42
Peskov: Ukraynada nizamlanma Avropanın təhlükəsizliyini müzakirə etmədən mümkün deyil

Ümumavropa təhlükəsizliyi məsələlərini nəzərdən keçirmədən Ukrayna münaqişəsinin hərtərəfli həlli mümkün deyil.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün keçirdiyi brifinqdə deyib.

“Əlbəttə ki, Ukrayanda hərtərəfli nizamlanma, uzunmüddətli nizamlanma, həyat qabiliyyətli nizamlanma qitədə təhlükəsizlik məsələlərini hərtərəfli araşdırılmadan mümkün deyil”, - Kreml sözçüsü vurğulayıb.

Peskov Ukraynanın Avropa İttifaqına qoşulmasının mümkünlüyündən də danışıb. O bildirib ki, bu, Kiyevin suveren hüququdur, çünki Aİ hərbi deyil, iqtisadi birlikdir.

"Bu, hər hansı bir ölkənin suveren hüququdur. Söhbət inteqrasiyadan, iqtisadi proseslərdən gedir və burada, əlbəttə, heç kim heç bir ölkəyə heç nə diktə edə bilməz. Biz bunu etməyəcəyik. Ancaq biz təhlükəsizlik, müdafiə və ya hərbi ittifaqlarla bağlı məsələlərdə tamamilə fərqli mövqeyə malikik. Orada məsələ başqadır və bu, hamıya məlumdur", - Kreml rəsmisi qeyd edib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar