SON XƏBƏRLƏR

Avropa İttifaqı Ukrayna nizamlanması üzrə danışıqlardan kənarda qala bilər

2025.02.18, 15:38
Avropa İttifaqı Ukrayna nizamlanması üzrə danışıqlardan kənarda qala bilər

Avropa İttifaqının Ukrayna nizamlanması üzrə danışıqlarda rolu istisna edilir.

Gunaz.tv

Bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

Onun sözlərinə görə, hazırda Avropa ilə münasibətlərdə mümkün irəliləyişə dair heç bir sübut yoxdur.

Qruşko Rusiya və Amerika arasında Ər-Riyadda aparılan danışıqların ilkin məsləhətləşmələr olduğunu və danışıqların məqsədinin tərəflərin əsas mövqelərini müəyyən etmək olduğunu söyləyib.

Rusiyalı nazir müavini ölkəsinin Ukraynada avropalı sülhməramlıların yerləşdirilməsi məsələsinə münasibətini açıqlayıb. Bildirib ki, Rusiya Federasiyasının avropalı sülhməramlıların Ukraynada yerləşdirilməsinə mənfi yanaşır.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar