SON XƏBƏRLƏR

Böyük Britaniya vətəndaşlarına İranla bağlı xəbərdarlıq edildi

2025.02.19, 14:33
Böyük Britaniya vətəndaşlarına İranla bağlı xəbərdarlıq edildi

İnstagram-da gözəl göründüyünə görə İrana səfər etməyin!

Gunaz.tv

Britaniyalı cütlüyün İranda "casusluq" ittihamı ilə saxlanılmasından sonra Britaniya vətəndaşlarına “İnstagram-da gözəl göründüyünə görə” İrana səyahət etməməklə bağlı xəbərdarlıq edildi.

Parlament nümayəndəsi Alisiya Kearns səyahət xəbərdarlığını Kreg və Lindsey Foreman cütlüyünün İranda həbs olunduqdan və casusluqda ittiham ilə mühakimə edildikdən sonra verdi.

 

Shadow home office minister Alicia Kearns has urged Britons not to holiday in Iran ‘because they think it looks cool on Instagram’

 

 

Xarici əlaqələr komitəsinin keçmiş sədri çərşənbə günü "BBC Radio"-ya verdiyi müsahibədə bildirib: "İnsanlar səyahət məsləhətlərinə qulaq asmalıdırlar. Böyük Britaniya vətəndaşlarının, əlbəttə ki, ikili vətəndaşların İrana getməsi təhlükəsiz deyil."

“Bunu etməyi düşünən hər kəsə yalvarıram, ya İnstaqramda gözəl göründüyünə görə, ya da bu ölkənin insanlarının mehriban olduğuna ora getmək istəyirsinizsə - lütfən getməyin. Risklər həqiqətən yüksəkdir. Xahiş edirəm səyahət etməyin”.

Xatırladaq ki, Foreman cütlüyü dünyanı motosikletlə gəzməyi hədəfləyən səyahətə çıxmışdılar. Cütlük, psixologiya tədqiqatı layihəsi üçün Avstraliyaya çatmağa çalışdıqlarını bildirmişdilər. Onlar səyahət etdikləri ölkələrdəki insanlardan “yaxşı həyat”ın nədən ibarət olduğunu soruşduqlarını və bunun əsasında hesabat hazırladıqlarını bildirmişdilər. Onlar yanvarın 4-dək Pakistana çatmağı hədəfləyirdilər. İran rejiminin nümayəndələri cütlüyün “ölkənin müxtəlif yerlərində məlumat topladıqlarını” iddia etdilər. Foreman cütlüyü İranın Kirman əyalətində İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat qüvvələri tərəfindən həbs edildilər.

 

Craig and Lindsay Foreman have been charged with espionage in Iran

 

 

Şahin Elxanoğlu

 

 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar