Xəbəri Təbriz İslami Azad Universitetinin Müstəqil Tələbələr İslam Cəmiyyəti öz sosial media hesabında yayıb.
Tələbə təşkilatından verilən məlumata görə, fevralın 22-i və 23-ü Təbriz Azad Universitetində keçirilməsi planlaşdırılan sərgi cəmiyyətin sosial və humanitar problemlərindən biri haqqında maarifləndirmək məqsədi ilə hazırlanmışdı. Lakin sərginin afişasındakı təsvirə görə müşahidə şurasının etirazı, mətnində Azərbaycan türkcəsindən istifadə olunması proqramın keçirilməsini çətinləşdirib.
Təşkilat bəyanatında bu məhdudiyyətləri tənqid edərək, belə tədbirlərin həssas sosial məsələlərin həlli imkanlarını aradan qaldırdığını və universitetlərdə tələbə fəaliyyətinə maneə yaratdığını vurğulayıb.
C