SON XƏBƏRLƏR

KİV: Starmer Trampla görüşə yeni Ukrayna planı ilə gedəcək

2025.02.20, 11:26
KİV: Starmer Trampla görüşə yeni Ukrayna planı ilə gedəcək

Gələn həftə Böyük Britaniyanın baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makron Amerikaya səfər edəcəklər və Britaniyalı siyasətçi Amerika prezidenti Donald Trampa Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi planını təqdim edəcək.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat verib.

Burada söhbət 30 mindən az avropalı əsgərin yerləşdirilməsindən gedir.

Məlumatda deyilir ki, Starmer Trampı Şərqi Avropada Amerika qırıcılarını və raketlərini hazır vəziyyətdə saxlamağa çağıracaq ki, Rusiya atəşkəsin hər hansı şərtini pozacağı təqdirdə öldürücü güclə cavab vermək mümkün olsun.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar