Bu barədə İranın "Cumhuri İslami" qəzetinin köşə yazısında xəbərdarlıq edilib.
"Çox gec olmadan Rusiya ilə Amerika arasında böyük razılaşmanın nəticələrindən qaçmaq üçün bir yol tapmağa çalışmalıdır",- qəzet yazıb.
Bildirilib ki, Ukrayna torpaqlarının bir hissəsini əldə etmək üçün Rusiya Amerika ilə razılaşa, Vaşingtonun İsrailin İrana qarşı planlarının həyata keçirilməsindəki roluna və onun Orta Şərqdəkiəməllərinə göz yuma bilər.
Müharibənin Rusiyanın Ukraynaya təcavüzü nəticəsində başladığını yazan "Cümhuri İslami"n qəzeti, bundan sonra Ukraynanın üzləşəcəyi hadisələrin Putinin Trampla sövdələşməsinin nəticəsi olacağını qeyd edib.
"İran Ukrayna-Rusiya müharibəsində tərəfsizn olmalı idi, ancaq Rusiya elə bir vəziyyət yaratdı ki, İran müttəhimə çevrildi və ağır nəticələrlə üzləşdi",- qəzet əlavə edib.
Səudiyyə Ərəbistanının yaranmış vəziyyətdən istifadə edərək 211 milyard dollarlıq neft satdığını və bu hadisələrdən ən çox faydalanan tərəf olduğunu bildirən "Cumhuri İslami", İranın zərər çəkən tərəf olduğunu yazıb.
Qeyd edək ki, undan əvvəl də, bir sıra iran rəsmiləri və siyasətçilər İranın Rusiyaya arxalanmamalı olduğunu və Rusiyanın etibarlı müttəfiq olmadığı barədə bəyanatlar səsləndiriblər.
Xüsusən körfəzdə İranla Birləşmiş Ərəb Əmirlikləri arasında 3 münahisəli adanın mülkiyyəti ilə bağlı 2024-cü ildə Rusiyanın BƏƏ-nin mövqeyini dəstəkləməsi iranlı siyasətçilərin narazılığı ilə qarşılaşıb.
GünazTV