SON XƏBƏRLƏR

Bir sıra ölkələrin liderləri və avropalı siyasətçilər Kiyevə səfər edəcəklər

2025.02.21, 13:05
Bir sıra ölkələrin liderləri və avropalı siyasətçilər Kiyevə səfər edəcəklər

Bir sıra ölkələrin liderləri və avropalı siyasətçilər təhlükəsizlik zəmanətlərini müzakirə etmək və Ukrayna Prezidenti Volodimir Zelenskiyə dəstək ifadə etmək üçün fevralın 24-də Kiyevə səfər etməyi planlaşdırırlar.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və İspaniyanın baş naziri Pedro Sançes artıq Ukrayna paytaxtına səfər etmək planlarını açıqlayıblar.

“Litva, Latviya, Malta və Kanada liderləri ya şəxsən, ya da onlayn formatda qatılacaqlar”, - məlumatda qeyd olunub.

Nəşr dəqiqləşdirib ki, Danimarka, Norveç, İsveç, Finlandiya, Estoniya, Polşa, Xorvatiya, Belçika, Niderland, Almaniya və İrlandiya öz siyasətçilərinin görüşdə mümkün iştirakı ilə bağlı sorğuya cavab verməyib. Çexiya isə ölkə liderinin Kiyevə gəlməyəcəyini açıqlayıb.

Bundan əvvəl “Bloomberg” məlumat vermişdi ki, G7 ölkələri fevralın 24-də təqdim olunacaq sənəddə Kiyevin təhlükəsizliyi təmin olunmaqla Ukraynada uzunmüddətli sülhün yaradılmasına çağırış etməyi planlaşdırır.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar