SON XƏBƏRLƏR

Rəsmi Vaşinqton BMT-yə “tarixi qətnamə” təklif edəcək

2025.02.22, 12:08
Rəsmi Vaşinqton BMT-yə “tarixi qətnamə” təklif edəcək

Amerika fevralın 24-də Ukraynadakı münaqişənin nizamlanmasına dair BMT Baş Assambleyasına qətnamə layihəsi təqdim edəcək.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Amerika Dövlət katibi Marko Rubio X sosial şəbəkə hesabından məlumat verib.

Rubio bildirib ki, Vaşinqton BMT-yə “tarixi qətnamə” təklif edəcək və bütün üzv ölkələr onu dəstəkləməlidir.

Sənədin detalları hələ açıqlanmasa da, Amerikanın münaqişənin həlli üçün diplomatik mexanizmləri gücləndirmək niyyətində olduğu bildirilir.

BMT-də qətnamənin Rusiya və Çin tərəfindən veto edilə biləcəyi ehtimal edilir.

Bununla belə, Vaşinqtonun əsas məqsədi beynəlxalq ictimaiyyəti bir araya gətirmək və Ukraynanı dəstəkləyən siyasi mesaj vermək ola bilər.

 

 

Ş.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar