SON XƏBƏRLƏR

Naim Qasim: "Hizbullah İsraillə müharibəni davam etdirəcək"

2025.02.24, 13:23
Naim Qasim: "Hizbullah İsraillə müharibəni davam etdirəcək"

“Hizbullah” hərəkatı İsraillə mübarizəni davam etdirəcək.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, bunu hərəkatın keçmiş lideri Həsən Nəsrullahın Beyrutdakı dəfn mərasimində çıxışı edən təşkilatın yeni lideri Naim Qasim bildirib.

"Bütün evlərimiz dağılsa da, həlak olsaq da, İsrailə müqavimət göstərməyə davam edəcəyik. İsraildən fərqli olaraq biz atəşkəs razılaşması üzrə öhdəlikləri yerinə yetiririk. Biz işğalçıları Lübnan torpaqlarından qovacağıq. Lübnanın oğulları olaraq biz ordumuzun yanındayıq və milli birliyi qorumaq istəyirik", - terror təşkilatın yeni lideri bildirib.

O iddia edib ki, Hizbullah Amerikanın Yaxın Şərqdə İsrailin maraqları naminə addımlar atmasına icazə verməyəcək: "Digər milli azadlıq qüvvələri ilə birlikdə Trampın Qəzza zolağından fələstinlilərin köçürülməsi layihəsinə qarşı mübarizə aparacağıq", - çıxışı televiziya ekranlarında yayımlanan Qasim vurğulayıb.

 

 

Ş.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar