SON XƏBƏRLƏR

Amerika ilk dəfə BMT-yə nümayəndə göndərməyib

2025.02.24, 14:51
Amerika ilk dəfə BMT-yə nümayəndə göndərməyib

Amerika ilk dəfə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasının yüksək səviyyəli sessiyasının açılışına heç bir nümayəndə göndərməyib.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.

Qeyd edək ki, Amerika Konqresinin Respublikaçı üzvləri ölkənin BMT-dən çıxması və bu qurumun maliyyələşməsinin dayandırılmasını nəzərdə tutan qanun layihəsini müzakirəyə təqdim etməyə hazırlaşır. Senator Mayk Linin təqdim etdiyi layihə qəbul edildikdən sonra ölkə həm təşkilatın tərkibindən çıxacaq, həm də maliyyələşməni tamamilə dayandıracaq. Hakim partiyanın senatorları, BMT-nin Amerikanın maraqlarına uyğun gəlməyən siyasət yürütdüyünü bildirir.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar