SON XƏBƏRLƏR

Amerika Dövlət Departamenti İrana qarşı yeni sanksiyalar tətbiq edib

2025.02.25, 11:20
Amerika Dövlət Departamenti İrana qarşı yeni sanksiyalar tətbiq edib

Bazar ertəsi, fevralın 24-də Amerika Dövlət Departamenti maksimum təzyiq kampaniyası çərçivəsində İranın neft və neft-kimya sənayesində fəaliyyət göstərən 16 qurum və gəmiyə qarşı sanksiyaları elan edib.

Gunaz.tv

Amerika diplomatik xidmətinin bəyanatına görə, bu qeyri-qanuni daşıma vasitəçiləri şəbəkəsi İran neftinin Asiyadakı alıcılarına yüklənməsi və daşınmasında rolunu gizlətməyə çalışır.

Açıqlamada əlavə edilib ki, şəbəkə indiyədək yüz milyonlarla dollar dəyərində on milyonlarla barel xam nefti Asiya bazarlarına daşıyıb.

Dövlət Departamenti öz bəyanatında bildirib ki, sanksiyalar Donald Trampın İran rejiminə qarşı maksimum təzyiq kampaniyasının həyata keçirilməsi istiqamətində “ilkin addımdır” və sanksiyaların məqsədi İranın terror fəaliyyətini maliyyələşdirmək üçün neft gəlirlərini toplamaq səylərini pozmaqdır.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar