SON XƏBƏRLƏR

Tramp Makronla görüşüb

2025.02.25, 12:02
Tramp Makronla görüşüb

GünazTV xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə Fransa prezidenti Emmanuel Makronla görüşüb.

Gunaz.tv

Donald Tramp Fransa prezidentini Ağ Evin girişində qarşılayıb. Oval kabinetdəki görüşdə vitse-prezident Ceyms Devid Vens, dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset və xəzinədarlıq katibi Skott Bessent də iştirak ediblər.

ABŞ və Fransa prezidentləri görüşdən əvvəl Oval kabinetdə mətbuata qısa açıqlama veriblər. Prezident Tramp Fransa liderinin onun üçün “xüsusi insan” olduğunu deyib.

Tramp xəbərdarlıq edib ki, Ukrayna müharibəsi həll olunmasa, bu, III Dünya Müharibəsinə gətirib çıxara bilər.

ABŞ prezidenti Ukraynadakı müharibənin həftələr ərzində bitə biləcəyini və müharibə bitərsə, Moskvaya gedə biləcəyini bildirib.

Fransa prezidenti Makron bildirib ki, Avropa Ukraynaya sülhməramlıların göndərilməsi variantı da daxil olmaqla təhlükəsizlik zəmanətlərini verməyə hazırdır.

Makron Avropanın güclü tərəfdaş olmaq üçün daha çox səy göstərəcəyini və müdafiə baxımından daha çox şey etməyə hazır olduğunu da vurğulayıb.

 

 

Şahin Elxanoğlu

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar