SON XƏBƏRLƏR

Əsədin devrilməsindən sonra ilk: Yəhudi icması Suriyada

2025.02.25, 12:26
Əsədin devrilməsindən sonra ilk: Yəhudi icması Suriyada

İsrailin “Kan” telekanalı ​​ABŞ-dən olan yəhudilərin Əsəd rejiminin devrilməsindən sonra ilk dəfə Suriyaya səfər etdiyini bildirib.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, nümayəndə heyəti keçən həftə Amerikada yerləşən qeyri-kommersiya təşkilatı Suriya Fövqəladə Hallar üzrə İşçi Qrupunun koordinasiya etdiyi səfər çərçivəsində Şamdakı yəhudi məkanlarını gəzib.

Heyət üzvləri arasında Amerikadakı Suriya yəhudi icmasının lideri ravvin Yusuf Həmra, onun oğlu Henri Həmra və Miçiqan ştatının Ann Arbor şəhərindəki Yəhudi Federasiyasından ravvin Aşer Lopatin də olub.

“Kan” nümayəndə heyətinin Əl-Franc sinaqoqunda Tövrat oxuduğunu, kitab rəflərinə baxış keçirdiyini və qəbiristanlıqda dua oxuduğunu bildirib.

“Suriyadakı insanların yəhudilərin Suriyaya qayıtmalarını istədiklərini gördük”, - Lopatin səfərdən sonra deyib.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar