Yayılan bəyanatda qeyd edilir ki, bu şirkətlər OFAC-ın sanksiyaları altında olan İranın “Piştazan Kavoş gostar Boşra” şirkəti və onun “Narin Sepehr Mobin İsatis” adlı törəmə şirkəti adından pilotsuz təyyarənin istehsalı üçün lazım olan hissələri satın alır.
Amerika Maliyyə Nazirliyindən verilən açıqlamaya görə, sözügedən iki İran şirkəti İranın pilotsuz uçuş aparatları və ballistik raket proqramlarının əsas tədarükçüləridir və sanksiyaya məruz qalan şirkətlər onların adından ehtiyac duyduqları hissələri alıb göndərirdilər.
Xəzinədarlıq Departamentinin bəyanatında deyilir ki, ABŞ prezidenti Donald Trampın İrana qarşı “maksimum təzyiq” kampaniyasına uyğun olan bu sanksiyalar İran şirkətinin tədarük zəncirini qırmağı hədəfləyir.
C