GünazTV xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, ABŞ Kiyevin sülhə nail olmaq üçün əhəmiyyətli güzəştlərə getməyə hazır olub-olmadığını müəyyən etmək istəyir. Bundan əlavə, Amerika tərəfi fevralda Volodimir Zelenski ilə Donald Tramp arasında baş vermiş münaqişədən sonra Ukraynanın mövqeyinə aydınlıq gətirmək niyyətindədir.
Agentliyin mənbələrindən biri qeyd edib ki, eyni vaxtda sülh arzusunu bəyan edib, güzəştə getməkdən imtina etmək olmaz.
Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayan Hughes deyib ki, Zelenski 28 fevral hadisəsindən sonra Vaşinqtonla dialoqu bərpa etmək üçün addımlar atır. "Səudiyyə Ərəbistanındakı görüş müharibənin sonunu yaxınlaşdıran dönüş nöqtəsi ola bilər", - o vurğulayıb.
Ş.E