SON XƏBƏRLƏR

HƏMAS girovdakı Amerika vətəndaşı ilə bağlı bəyanat yaydı

2025.03.15, 12:02
HƏMAS girovdakı Amerika vətəndaşı ilə bağlı bəyanat yaydı

HƏMAS hərəkatı Amerika vətəndaşlığı daşıyan girovu azad etməyə və dörd nəfər ikili vətəndaşlığı olan girovun cəsədini İsrailə təhvil verməyə hazır olduğunu bəyan edib.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə hərəkatın Telegram kanalında yayımlanan açıqlamada bildirilib.

"Biz həm İsrail hərbçisi, həm də Amerika vətəndaşı olan Edan Aleksandrı azad etməyə və ikili vətəndaşlığı olan dörd nəfər girovun cəsədini təhvil verməyə razıyıq", — deyə açıqlamada qeyd olunub.

Qətərdə İsrail-Həmas arasında atəşkəsin növbəti mərhələsinə vasitəçilik etmək üçün müzakirələr davam edir. Atəşkəsin birinci mərhələsi iki həftə əvvəl başa çatıb. Tərəflər yeni atəşkəs barədə danışıqlar aparmağa çalışır, HƏMAS onların ikinci mərhələyə keçməsini tələb edir. Bu, sülhə doğru irəliləyişin ilk əlaməti kimi görünür.

Həmas beş girovu azad etmək üçün vasitəçilərin təklifini qəbul edəcəyini bildirsə də, bunun nə vaxt baş verəcəyini və bunun müqabilində qrupun nə tələb etdiyini açıqlamayıb.

Girovların ailə üzvlərinə göndərdikləri məktublarda HƏMAS-ın manipulyasiya və psixoloji müharibəyə davam etdiyini yazırlar. Amerikalı girovları azad etmək istəyi ilə bağlı xəbərlər atəşkəs danışıqlarını sabotaj etmək məqsədi daşıdığı iddia edilir.

 

Şahin Elxanoğlu

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar