SON XƏBƏRLƏR

Heç vaxt, Amerikanın bir hissəsi olmayacağıq

2025.03.15, 12:20
Heç vaxt, Amerikanın bir hissəsi olmayacağıq

Kanadanın yeni Baş naziri Mark Karni yenidən ölkəsinin heç vaxt Amerikanın bir hissəsi olmayacağını bəyan edib.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə “The Globe and Mail” qəzeti məlumat yayıb.

Mark Karni and içdikdən sonra keçirdiyi ilk rəsmi mətbuat konfransında jurnalistlərə yeni hökumətin əsas prioritetlərindən bəhs edib. Daha sonra ABŞ-nin tariflərinə toxunaraq, əsassız xarici ticarət hərəkətlər qarşısında Kanada işçilərini və onların ailələrini qoruyacağını bildirib.

Daha sonra Karnidən Avropaya gözlənilən səfəri ilə bağlı sual ünvanlandı. Amerika rəsmilərinin "Kanada 51-ci ştatı olacaq" açıqlamalarına qarşılıq Karni Avropalı müttəfiqlərindən dəstək alacağı soruşuldu. 

"Biz heç vaxt, heç bir halda Birləşmiş Ştatların bir hissəsi olmayacağıq. Amerika Kanada deyil", - Karni deyib. “Biz tamamilə fərqli ölkəyik”, - o, sualı cavablandırarkən qeyd edib.

Karni həmçinin "ABŞ-a getmək planlarının olmadığını" deyib, lakin "müvafiq anda onunla (Trampla) danışmağı səbirsizliklə gözlədiyinə" zəmanət verib.

 

 

Şahin Elxanoğlu

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar