SON XƏBƏRLƏR

Böyük Britaniya, Putin atəşkəsdən imtina edərsə, Rusiyaya iqtisadi təzyiq göstərməyə çağırıb

2025.03.15, 12:26
Böyük Britaniya, Putin atəşkəsdən imtina edərsə, Rusiyaya iqtisadi təzyiq göstərməyə çağırıb

Böyük Britaniyanın baş naziri Keir Starmer Qərb dövlətlərini Rusiya prezidenti Vladimir Putin Ukraynada atəşkəsi gecikdirəcəyi təqdirdə iqtisadi təzyiqləri artırmağa çağırıb.

Gunaz.tv

Britaniyanın baş naziri Putini Trampın döyüşləri tez bir zamanda dayandırmaq çağırışlarına cavab olaraq atəşkəsi ləngitməyə çalışmaqda günahlandırıb.

“Kreml tərəfindən prezident Trampın atəşkəs təklifinə məhəl qoyulmaması Putinin sülhə ciddi yanaşmadığını nümayiş etdirir. Əgər Rusiya nəhayət masaya gəlsə, o zaman atəşkəsin ciddi və davamlı sülhə çevrilməsini təmin etmək üçün atəşkəs rejiminə nəzarət etməyə hazır olmalıyıq, yox əgər Rusiya atəşkəsə razı olmazsa, onda bu müharibənin sona çatması üçün Rusiyaya iqtisadi təzyiqi gücləndirmək üçün bütün gücümüzü səfərbər etməliyik.” - deyə Starmer bildirib.

Qeyd edək ki, Starmer bu bəyanatını şənbə günü, 20-dən çox dünya lideri ilə İngiltərənin "istəkli koalisiya" adlandırdığı virtual toplantı ərəfəsində səsləndirməsi həmin görüşdə iştirak edəcək liderlərə çağırış kimi qiymətləndirilir.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar