SON XƏBƏRLƏR

Amerika ordusu Yəməndə husilərin hədəflərinə irimiqyaslı zərbələr endirib

2025.03.17, 11:13
Amerika ordusu Yəməndə husilərin hədəflərinə irimiqyaslı zərbələr endirib

Amerika Yəməndə husilərin nəzarətində olan onlarla hədəfə irimiqyaslı zərbələr endirib.

Gunaz.tv

GünazTV APA-ya istinadən xəbər verir ki, bu barədə “New York Times“ iki yüksək rütbəli Amerika rəsmisinə istinadən məlumat yayıb.

Zərbələrin Amerika Prezidenti Donald Trampın əmri ilə həyata keçirildiyi bildirilib.

Məlumata görə, Amerika husi hədəflərinə radarları, hava hücumundan müdafiə sistemlərini və raket sistemlərini vuraraq iri hava və dəniz qüvvələrinə zərbələr endirib.

Zərbələrin husilərin hücumları nəticəsində pozulan Qırmızı dəniz gəmi yollarını yenidən açmaq məqsədi daşıdığı qeyd edilir.

Amerika rəsmiləri bildiriblər ki, Trampın ikinci səlahiyyət müddətinin ən əhəmiyyətli hərbi əməliyyatı olan bombalanma həm də xəbərdarlıq siqnalı göndərmək məqsədi daşıyır.

Husilərə məxsus “Al Masirah” telekanalı da paytaxt Səna şəhərinə zərbələr endirildiyini bildirib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar