SON XƏBƏRLƏR

ABŞ husilərin ələ keçirdiyi “Galaxy Leader” gəmisinə zərbə endirib

2025.03.17, 11:23
ABŞ husilərin ələ keçirdiyi “Galaxy Leader” gəmisinə zərbə endirib

ABŞ-nin Hərbi Qüvvələri 2023-cü ilin noyabrında Yəmənin üsyançı “Ənsar Allah” (husi) hərəkatı tərəfindən ələ keçirilən İsrailin “Galaxy Leader” gəmisinə zərbə endirib.

Gunaz.tv

GünazTV "Report"-a istinadən xəbər verir ki, bu barədə üsyançıların nəzarətində olan “Al Masirah” telekanalı məlumat yayıb.

“Düşmən Amerika saxlanılan İsrail gəmisinin “Galaxy Leader” kapitanının kabinəsinə iki zərbə endirib”, - telekanalın mənbələri iddia edir.

Husilər hücumla bağlı əlavə təfərrüat verməyib. İnsidentlə bağlı ABŞ və İsraildən də heç bir rəsmi açıqlama verilməyib.

 

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar