SON XƏBƏRLƏR

Qaşqay türkləri Şirazda aksiya keçirdi - Qarşıdurma oldu

2025.03.17, 12:23
Qaşqay türkləri Şirazda aksiya keçirdi - Qarşıdurma oldu

İranın Fars əyalətinin mərkəzi Şiraz şəhərində Qaşqay türkləri etiraz aksiyası keçiriblər.

Gunaz.tv

Bu barədə onlar sosial mediada paylaşım ediblər.

Etiraza səbəb İran Mədəni İrs Nazirliyinin qaşqayların milli geyim və başqa mədəni atributlarının lur xalqı adına qeydiyyata alması olub.

Öz milli geyimlərində əyalət valiliyi binası qarşısına toplaşan qaşqaylar "qaşqayların libası, qaşqayların olası", "Azərbaycan var olsun, qaşqaylar sağ olsun" və başqa şüarları səsləndiriblər.

Sosial mediada yayılan videolarda aksiya yerinə Fars əyalətinin polis rəisi Rəhambəxş Həbibinin gəldiyi və onun narazı qaşqayları təhdid və təhqir etdiyi görünür.

Polis rəisin və onun mühafizçilərinin etirazçı qaşqay qadınlarını təhqir və fiziki güc tətbiq etməsindən sonra qarşdurma yaranıb.

Bir neçə nəfərin saxlanıldığı bildirilsə də, bu rəsmi şəkildə təsdiq olunmayıb.

Qeyd edək ki, ötən ilin dekabr ayında da iki dəfə oxşar aksiya keçirilib və qaşqaylar milli geyim və başqa atributlarının qonşu xalqın adına qeydiyyata alnmasına etiraz ediblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar