SON XƏBƏRLƏR

İranla bağlı bütün seçimlər masadadır

2025.03.17, 12:27
İranla bağlı bütün seçimlər masadadır

Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals İranın istər Yəməndə husilərə dəstək verməsi, istərsə də nüvə silahının inkişafına qarşı bütün cavab tədbirlərinin nəzərdə keçirildiyini vurğuladı. 

Gunaz.tv

GünazTV xəbər verir ki, bazar günü "ABC"-nin "Bu həftə" verilişində danışan Mayk Vals bildirib ki: "Bütün cavab tədbirləri həmişə prezidentin masasındadır. İran bu cavab tədbirlərini aydın eşitməlidir”.

Vals Tramp administrasıyasının Husilərə qarşı keçirdiyi hücumları "böyük cavab" və "İrana mesaj" kimi xarakterizə etdi.

“Məhz Husilərə, qlobal ticarəti hədəfə alan, maliyyələşdirən, təlim keçirən və kömək edən və dünyanın ən strateji dəniz yollarından ikisini bağlamağa kömək edən İrandır.”

Vals onu da açıqlayıb ki, Tramp administrasiyası Əli Xameneiyə “nüvə düyməsinə basmağa” icazə verməyəcək.

Vals nüvə silahlı haqqında bunları dedi: "Bütün seçimlər masanın üstündədir, İranın heç bir variant yoxdur. İran onlardan imtina etməlidirlər, ya da bir sıra başqa nəticələrlə üzləşə bilərlər. Onlar dedikdə hər şeyi nəzərdə tutram: raketlər, silahlanma və uranın zənginləşdirilməsi.”

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar