SON XƏBƏRLƏR

KİV: Amerika Almaniyadakı hərbi texnikasını Ermənistana yerləşdirəcək

2025.03.17, 12:57
KİV: Amerika Almaniyadakı hərbi texnikasını Ermənistana yerləşdirəcək

Amerika Almaniyadakı “Dülmen” hərbi bazasında mövcud olan texnikanı Ermənistanda yerləşən poliqona köçürməyə hazırlaşır.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə “Russia Today” portalının əldə etdiyi sənədlərdə bildirilir.

Nəql prosesi Gürcüstan vasitəsilə həyata keçiriləcək. Ekspertlər isə indidən bu prosesi Amerikanın Ermənistanın hərbi potensialını nəzarət altına alması kimi dəyərləndirilir.

Ermənistan ərazisinə gətiriləcək texnika buradakı “Zar” hərbi bazasında yerləşdiriləcək.

Prosesin iyulun 16-dan avqustun 7-dək həyata keçirilməsi nəzərdə tutulur. Texnikanın yenidən Almaniyaya geri qaytarılması isə 21 avqust – 20 sentyabr tarixləri arasında həyata keçiriləcək.

Tərəflər arasındakı müqavilə sonrakı mərhələdə avadanlıqların Armavirdəki hərbi poliqondan Gürcüstanın Poti limanına aparılmasını də nəzərdə tutur.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar