SON XƏBƏRLƏR

Yəməndəki əməliyyat İrana təzyiq strategiyasının başlanğıcıdır

2025.03.17, 13:30
Yəməndəki əməliyyat İrana təzyiq strategiyasının başlanğıcıdır

Yəməndə husilərə qarşı əməliyyat Donald Tramp administrasiyasının İrana maksimum təzyiq göstərmək strategiyasının başlanğıcıdır.

Gunaz.tv

GünazTV "Report"-a istinadən xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skot Bessent "NBC News" telekanalına müsahibəsində bildirib.

"Bu, güclü siqnaldır və əvvəlki administrasiyanın siyasətindən köklü şəkildə uzaqlaşmadır. Husilər və İran başa düşməlidirlər ki, bu, yalnız başlanğıcdır. İki həftə əvvəl Tramp İrana qarşı maksimum təzyiq strategiyasını açıqlamışdı. Bu strategiyanın məqsədi İran neftinin ixracını sıfıra endirməkdir", - nazir deyib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp orduya Yəməndə husilərə qarşı hərbi əməliyyatlara başlamağı əmr edib. O qeyd edib ki, hərbçilər terrorçuların bazaları və raketdən müdafiə sistemlərinə hava zərbələri endirirlər. 

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar