SON XƏBƏRLƏR

İran xarici işlər nazirinin müavini Kazım Qaribabadi Rafael Qrossi ilə görüşəcək

2025.03.17, 14:13
İran xarici işlər nazirinin müavini Kazım Qaribabadi Rafael Qrossi ilə görüşəcək

İran xarici işlər nazirinin müavini Kazım Qaribabadi bazar ertəsi BMT-nin Nüvə Müşahidə Təşkilatının rəhbəri Rafael Qrossi ilə görüşəcək.

Gunaz.tv

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat verib.

“İranın dinc nüvə obyektlərinə qarşı təhdidlər artdıqca, Beynəlxalq Atom Enerjisi Agentliyi ilə məsləhətləşmələri intensivləşdirməyimiz təbiidir”, - deyə Baqai bildirib.

Xatırladaq ki, Martın 7-də Amerika prezidenti Donald Tramp deyib ki, o, İranın ali lideri Əli Xameneiyə məktub yazıb, ölkənin nüvə proqramı ilə bağlı yeni danışıqlara çağırıb, lakin əgər İran danışıqlardan imtina etsə, Donald Tramp mümkün hərbi əməliyyatlar barədə xəbərdarlıq edib.

Onilliklərdir ki, Amerikanın başçılıq etdiyi Qərb ölkələri Tehranı nüvə silahı yaratmaq niyyətində olduğundan şübhələnirlər.

İran isə bu iddiaları rədd edir, nüvə fəaliyyətinin yalnız dinc məqsədlər, o cümlədən enerji istehsalı üçün olduğunu təkid edir.

Qeyd edək ki, son aylarda İran nüvə fəaliyyətlərini məhdudlaşdırmaq müqabilində Tehrana qarşı sanksiyaları ləğv edən sazişi canlandırmaq məqsədilə İngiltərə, Fransa və Almaniya ilə bir neçə dəfə danışıqlar aparıb.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar