SON XƏBƏRLƏR

Gizli arxiv üzə çıxdı! Əsəddən Hizbullaha logistik dəstək

2025.03.19, 12:49
Gizli arxiv üzə çıxdı! Əsəddən Hizbullaha logistik dəstək

Bəşər Əsəd hökumətinin süqutundan sonra rejimin kəşfiyyat sənədləri də ortaya çıxır. Əsədin sarayından ələ keçirilən məxfi sənədlərə görə, Mossadın keçən il həyata keçirdiyi peycer hücumundan sonra rejim Hizbullaha üç ay ərzində rabitə vasitələri və logistik dəstək verib.

Gunaz.tv

GünazTV "Haber Global"-ə istinadən xəbər verir ki, Əsədin sarayındakı kəşfiyyat arxivlərindən əldə edilən məlumata görə, Mossadın keçən il Lübnanda yerləşən və İranın dəstəklədiyi Hizbullah təşkilatının üzvlərinə hücumundan sonra təşkilatın logistika və kommunikasiya şəbəkəsi tamamilə sıradan çıxıb. Əsədin sarayından yayılan 137 səhifəlik məxfi dosyedəki məlumata görə, ölkənin kəşfiyyat təşkilatı Əl-Muxabarat 2024-cü il sentyabrın 17-də Hizbullah üzvlərinə kommunikasiya və maddi-texniki dəstəyi bərpa etmək üçün hərəkətə keçib.

 

Tehran Suriyaya kəşfiyyat və dəstəyi verir - ArabAZ

 

Fələstindən məsul olan təşkilat daxilindəki “235-ci şöbə”yə xüsusi göstəriş göndərilib. Bəşər Əsədin özünün xahişi ilə hazırlanan direktivdə “Hizbullahın süqutu Suriyanın İsrailə qarşı təhlükəsizlik çərçivəsinin dağılması demək olacaq” ifadəsi yer alıb. Yazışmalarda o da üzə çıxıb ki, Hizbullahın inzibati və sahə idarə heyətinə tez bir zamanda rabitə vasitələri və maddi-texniki dəstəyi təmin etmək tapşırılıb.

235-ci şöbə Suriyanın Beyrutdakı səfirliyi ilə əlaqə saxlayıb və Mossad hücumlarının baş verdiyi 17-18 sentyabr tarixlərindən etibarən hazırlıqlara başlayıb. Digər tərəfdən, Suriya Baş Qərargahının Əməliyyatlar rəisi general Munter Saad İbrahim bütün hərbi və inzibati birliklərə xəbərdarlıq notası göndərərək, Suriyadakı bütün rəsmiləri müəyyən müddət ərzində "simsiz rabitə cihazlarından uzaq durmağa" çağırıb. Sözügedən məktubda, "Lazım olarsa, radioları təhlükəsiz məsafədə saxlayın və simsiz cihazlar bölmələrimiz tərəfindən yoxlanılana qədər yalnız lazım olduqda istifadə edin."

 

Dünən peycerlər, bu gün isə radiocihazlar partladılır: Livanda nə baş  verir? - FOTO - Globalinfo.az

 

Sentyabrın 18-də əl-Muxabarat hökumətlə bir hesabat paylaşaraq bu dəfə Hizbullahın istifadə etdiyi peycerlərin Beyrut Amerika Universitetində də istifadə oluna biləcəyini bildirib. Əl-Muxabarat 3 ay ərzində Hizbullaha həm rabitə vasitələri, həm də maddi-texniki dəstək verməyə davam etdi. Gizli yazışmalarda həmçinin vurğulanıb ki, hücumlarda yaralanan yüzdən çox şəxs Suriyadakı hərbi xəstəxanalarda müalicə olunur.

Dəməşqə aparılan yaralıları ziyarət edənlərin adlarının xəstəxana qeydlərinə daxil edilməməsinə dair göstəriş verilib. Son texniki dəstəyin dekabrın 1-də verildiyini ortaya çıxdı. Əl-Muxabaratın məxfi yazışmalarında Hizbullah əsgərlərinə istinad edərək “Lübnanlı dostlar cəbhə xəttindən çəkilir” ifadəsi də yer alıb. Bu yazışmalardan bir həftə sonra, dekabrın 8-də Dəməşqin süqutu ilə Əsəd rejimi başa çatdı.

 

 

Şahin Elxanoğlu

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar