SON XƏBƏRLƏR

Ərdəbildə mədəni tədbir keçirildi

2025.03.19, 16:26
Ərdəbildə mədəni tədbir keçirildi

Bu gün martın 19-u səhər saatlarında minlərlə ərdəbillinin iştirakı ilə şəhərin içindən keçən Balıqlı çay qırağında ənənəvi "Su üstü" mərasimi keçirilib.

Gunaz.tv

Hökumətin tətbiq etdiyi məhdudiyyətlərə baxmayaraq, bu ildə çərşənbə günü səhər saatlarından başlayaraq tarixi mədəni mərasimi keçirmək üçün ərdəbillilər və ətraf bölgələrdən gələnlər Balıqlı çay qırağına axın ediblər.

Adətə görə, hər il ərdəbilli qadınlar İlaxır çərşənbədən bir gün sonra özləri ilə su küzəsi, qayçı və süpürgə götürərək Balıqlı çayının “Yeddi göz” körpüsünün kənarınnda “Suüstü” mərasimini nümayiş etdirirlər. İnanca görə mərasim arzuları çin etmək və çətinlikləri arxada qoymaq məqsədi ilə həyata keçirilir.

Mərasim zamanı suyun üzünü süpürmək, qayçılamaq, köhnə ayaqqabıları suya atmaq və s. kimi rituallar yerinə yetirilir.

Qeyd edək ki, bu mərasim əvvəllər daha geniş keçirilsə də, İranda İslam Respublikası yaranandan bu tip şənlik və milli bayramlara qısqanc münasibət göstərilir. Bir çox tədbirlərin keçirilməsinə maneçilik törədilir və ya tarixi adət-ənələr diniləşdirilməyə cəhd edilir.

Günaz.TV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar