SON XƏBƏRLƏR

İran Almaniya və Böyük Britaniya nümayəndələrini XİN-ə çağırıb

2025.03.20, 12:19
İran Almaniya və Böyük Britaniya nümayəndələrini XİN-ə çağırıb

İran BMT-nin İnsan Haqları Şurasında İrana qarşı qətnamə layihəsini dəstəklədikləri üçün Almaniya və Böyük Britaniyanın Tehrandakı nümayəndələrini Xarici işlər nazirliyinə çağırıb.

Gunaz.tv

İran dövlət televiziyasının cümə axşamı verdiyi məlumata görə, Almaniyanın Tehrandakı səfiri və Böyük Britaniyanın müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.

Nazirliyin qadın və insan işləri üzrə baş direktoru Füruzandə Vəidəti, İranın Avropa diplomatlarına etirazlarını çatdıraraq, ölkələrini “İran xalqına təzyiq etmək üçün insan hüquqlarından sui-istifadə etməkdə” qınayıb.

Vəidəti həmçinin Almaniya və Böyük Britaniyanı Qəzzada “soyqırım və müharibə cinayətləri” törədən İsraili dəstəkləməkdə günahlandıraraq, onların “insan haqlarını müdafiə etmək vəziyyətində olmadığını” iddia edib.

Avropalı diplomatlar İranın etirazlarını öz hökumətlərinə çatdıracaqlarını bildiriblər.

 

 

Şahin Elxanoğlu

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar