SON XƏBƏRLƏR

Husilər Təl-Əvivdəki Ben-Qurion aeroportuna hücum ediblər

2025.03.24, 10:39
Husilər Təl-Əvivdəki Ben-Qurion aeroportuna hücum ediblər

Yəmənin üsyançı “Ənsar Allah” hərəkatının (husilər) tərəfdarları Təl-Əvivdəki Ben-Qurion aeroportuna hipersəs ballistik raket vasitəsilə zərbə endiriblər.

Gunaz.tv

GünazTV "Report"-a istinadən xəbər verir ki, üsyançılar tərəfindən formalaşdırılmış silahlı qüvvələrin nümayəndəsi Yəhya Saria belə bir bəyanatla çıxış edib.

“Silahlı qüvvələrin raket qoşunları işğal olunmuş Yaffa bölgəsindəki (Təl-Əviv nəzərdə tutulur – red.) Ben-Qurion aeroportuna “Fələstin-2” tipli hipersəs ballistik raketi ilə zərbə endirib”, – Saria bildirib.

Xatırladaq ki, martın 22-də “Ənsar Allah” hərəkatından olan husilər Təl-Əvivdəki Ben-Qurion hava limanına, həmçinin “USS Harry Truman” aviadaşıyıcısının başçılıq etdiyi Amerika aviadaşıyıcı qrupuna zərbələr endirdiklərini bildirmişdilər.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar