SON XƏBƏRLƏR

Braziliya prezidenti may ayında Rusiyaya səfər edəcək

2025.03.24, 10:50
Braziliya prezidenti may ayında Rusiyaya səfər edəcək

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva may ayında Rusiyaya səfər etmək niyyətindədir.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, bunu Cənubi Amerika respublikası liderinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi Selso Amorim deyib.

"Prezident may ayında Rusiyaya gələcək və orada Putinlə ikitərəfli görüş keçirəcək", - Amorim bildirib .

Braziliya liderinin köməkçisi əlavə edib ki, Lula da Silva Rusiyaya səfərini başa vurduqdan sonra Çin Prezidenti Si Cinpinlə danışıqlar aparmaq üçün Çinə səfər etmək niyyətindədir.

"Bu, Braziliyanın heç kimə tabe olmadığını açıq şəkildə nümayiş etdirəcək", - o vurğulayıb.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar